Veb proqramların təhlükəsizliyi
(IN)SECURE jurnalının 2013-cü il sentyabr nömrəsində aşağıdakı mövzularda məqalələr yer alır:
- Təhlükəsizlik mədəniyyətini necə yaratmalı?
- Şirkətin Çindəki mərkəzini necə qorumalı?
- Barracuda Networks-un veb təhlükəsizliyə baxışları (baş menecer Stephen Pao ilə müsahibə);
- Veb proqramların təhlükəsizlik vəziyyəti rəqəmlərlə;
- Sındırılmış autentifikasiya və tərs yol ilə veb proqramların istismarı;
- Veb təhdidlər (AppRiver-in texnologiya üzrə baş meneceri Joel Smith-in məqaləsi);
- Böyük verilənlər ilə böyük problemlər gəlir: OLAP sistemlərinin təhlükəsizliyi;
- Rəqəmsal qrafologiya: bütün bunlar imzadadır;
- Korporativ aktivlərin hücumlardan qorunması istiqamətində önləyici addımlar;
- IT-heyətinin yuxusunu qaçıran problemlərin beş ən böyük səbəbləri;
- KeePass ilə parolları necə idarə edirlər.
Jurnalın elektron variantını bu linkdən yükləmək olar.