Sosial şəbəkələrdə təhlükəsizlik üçün tövsiyələr

Sosial şəbəkə saytları həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanları adi həyatda olduğu kimi, sosial şəbəkə saytlarında da müxtəlif təhlükələr gözləyir. Bu təhlükələrin əsas siniflərini fərdi məlumatlara yönəlik təhlükələr, ənənəvi informasiya təhlükəsizliyi təhdidlərinin sosial şəbəkə servislərində variantları, identifikasiya məlumatlarına yönəlik təhlükələr və sosial təhlükələr (təqib, şantaj, təhqir, böhtan, korporativ casusluq və s.) təşkil edir. Sosial şəbəkə saytlarında təhlükəsizliyi təmin etmək üçün aşağıda istifadəçilərə beş tövsiyə verilir.

1. Güclü parol seçin

Parol nə qədər güclü olsa, başqası tərəfindən sındırılması o qədər çətin olar. Ən azı səkkiz simvoldan ibarət olan, təxmin edilməsi çətin və asan yadda saxlayacağınız bir parol seçin. Parolun hərf, rəqəm və xüsusi işarələrdən ibarət olmasına çalışın. Parolunuzu heç kimsəylə paylaşmayın.
"Facebook parolu necə ələ keçirilir", "Twitter hesabı necə oğurlanır", "Parolu sındırmaq" kimi sorğuların hər gün İnternetdə minlərlə dəfə axtarıldığını bilirsinizmi?

2. Sorğulayıcı bir istifadəçi olun

İnternetdə rastlaşdığınız hər məlumatın hər zaman doğru olduğunu qəbul etməyin.
Kredit kartı məlumatlarınızı və parollarınızı ələ keçirmək üçün yaradılmış ziyankar proqramların pulsuz oyun və tətbiqi proqram təklifləriylə yayıldığını unutmayın. Tanıdığınız şəxslərdən gəlsə belə, bütün paylaşımlara qarşı sorğulayıcı olun, əmin olmadığınız məlumatları və proqramları paylaşmayın. Saxta hesab ve gerçək olmayan xəbərlərə qarşı diqqətli olun.

3. Paylaşmadan öncə bir daha düşünün

Paylaşdığınız hər bir məlumat artıq nəzarətinizdən çıxmışdır və geri qaytarıla bilməz. Sosial mediada yaratdığınız, paylaşdığınız ve yayınladığınız hər məlumat gec-tez  çoxlarına məlum olur. Heç gözləmədiyiniz və istəmədiyiniz anda qarşınıza çıxa bilər. İnternet üzərindən edilən hər paylaşım sonsuza qədər silinmədən qala bilər. Unutmayın! Şiddətə təşviq, təhqir və böhtan İnternet mühitində də suçdur.

4. Gizlilik nizamlarınızı diqqətlə seçin

Paylaşdığınız məlumatların kimlər tərəfindən görülməsinə qərar verərək gizlilik mizamlarınızı mütləq seçin. Profiliniz hər kəsə açıqdırsa, paylaşımlarınızı hər kəs görür. Sosial paylaşım saytlarının istifadə şərtlərini diqqətlə öyrənin və gizlilik nizamlarınızı özəlliklə seçin. Unutmayın! Gizlilik nizamları sosial medianı daha güvənli istifadə etmənizi təmin edir.

5. Fərdi məlumatlarınızı qoruyun

Məlumatlarınızın kimlər tərəfindən və hansı məqsədlərlə istifadə ediləcəyini bilə bilməzsiniz. Profilinizdə fərdi məlumatlarınızı, telefon nömrələrinizi, ev və iş ünvanınızı, məktəbinizin adını yazmayın.
Virtual məkanda tanımadığınız istifadəçilərlə dost olmaq paylaşdığınız məlumatlarınızın fərqli məqsədlər üçün istifadə edilməsinə səbəb ola bilər. Profilinizdə kimlərin olmasına Siz qərar verin. İstifadəçilərin özlərini başqa bir insan kimi təqdim edə biləcəklərini heç vaxt unutmayın.

 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.