Parolu necə seçməli?
Etibarlı parol - informasiya təhlükəsizliyinin təminatlarından biridir. Onun yaradılması üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır, lakin istifadəçilərin çoxu bu qaydaları nəzərə almırlar, nəticədə dünyada ən populyar parolların üçlüyü belədir: “password”, “monkey”, “123456”.
Etibarlı parol kibercinayətkarların qurbanı olmaq riskini azaldır. Aşağıdakı tövsiyələr sizə etibarlı parol yaratmağa kömək edir:
- Asan yadda qalan parollar seçin.
- Parol kimi lüğətlərdə tapıla bilən sözlərdən istifadə etməyin.
- Həm böyük, həm də kiçik hərflərdən, rəqəmlərdən və digər simvollardan istifadə edin.
- Eyni bir parolu müxtəlif sistemlərdə istifadə etməyin.
- Parol kimi asan gümana gələ bilən məlumatlardan istifadə etməyin: həyat yoldaşınızın, uşaqlarınıın, ev heyvanlarının adları, avtomobilin nömrəsi, poçt indeksi və.s.
- Parol məxfi saxlayın. Parolu heç kimə bildirməyin.
- Əgər onlayn mağaza və ya veb-sayt sizə elektron poçtla qeydiyyat məlumatlarının təsdiqi və ya yeni parol olan məlumat gondərilibsə, mümkün qədər tez müvafiq sayta girin və parolu dəyişdirin.