MiniFlame virusu

miniFlame və ya SPЕ adı verilmiş kompüter virusunun aşkarlanması haqqında Kaspersky Lab 2012-ci il 15 oktyabr tarixində məlumat vermişdi. Bu virus informasiya oğurlamaq və yoluxmuş kompüterlərə nəzarət etmək üçün istifadə edilir.

Kaspersky Lab bildirmişdi ki, virus 2012-ci ilin iyulunda aşkarlanmışdı, əvvəlcə onu Flame virusunun bir komponenti hesab edirdilər. Lakin virusun ətraflı analizindən sonra aydın olmuşdu ki, onu həm müstəqil, həm də Flame və Gauss viruslarının komponenti kimi istifadə etmək olar.

miniFlame virusunun tətbiqi haqqında məlumatlar çox məhduddur – Livanda 10, Fələstində 3, Küveytdə 1 və Qətərdə 1 yoluxmuş kompüter tapılmışdı. Kaspersky Lab ekspertləri hesab edirlər ki, dünyada bu virusla 50-60 kompüter yoluxmuş ola bilər. miniFlame virusunun altı variantı aşkarlanmışdı.

Bu virus Microsoft Office proqramları, Adobe Reader, İnternet-brauzer, mətn məlumatlarının ötürülməsi proqramı və ya FTP proqramı işləyən zaman kompüter ekranının şəklini (skrin-şot) çəkib göndərə bilir.
Kaspersky Lab ekspertləri qeyd edirlər ki, aşkarlanmış miniFlame digər məşhur virusların − Stuxnet, Duqu, Flame və Gauss-un yaradıcıları arasında əməkdaşlığın olmasını təsdiqləyir.


 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.