Etik haker sertifikatı

E-kommersiya üzrə Şuranın (EC-Council) etik haker sertifikatı (Certified Ethical Hacker, CEH) informasiya təhlükəsizliyi mütəxəssislərinin biliklərinin sertifikatlaşdırılması sahəsində önəmli sertifikatlardan biridir və ABŞ Müdafiə Nazirliyi tərəfindən tanınır. Şəbəkə təhlükəsizliyi sahəsində müvafiq səviyyədə biliklərin olmasını təsdiq edir.

CEH sertifikatlı etik haker şəbəkə təhlükəsizliyi sahəsində ixtisaslaşmış mütəxəssisdir, hakerlərin istifadə etdiyi bilik və alətlərdən istifadə edir, hədəf sistemlərdə zəif yerləri və boşluqları necə axtarmağı bacarır. CEH sertifikat imtahanı şəbəkə protokollarının, əməliyyat sistemlərinin, tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, rutkitlər, informasiyanın toplanması, şəbəkənin daranması və resursların inventarlaşdırılması, veb-serverlərin, simsiz şəbəkələrin sındırılması, informasiya təhlükəsizliyi vasitələrinin aldadılması, nüfuzetmə testləri, DoS hücumların, SQL-inyeksiya hücumlarının həyata keçirilməsi, seansların ələ keçirilməsi və s. kimi sahələri əhatə edir.

CEH v8 sertifikat imtahanı (hazırki versiya CEH v9) aşağıdakı modulları əhatə edir:

  • Modul 01: Etik hakinqə giriş
  • Modul 02: Məlumat toplanması və kəşfiyyat
  • Module 03: Şəbəkələrin daranması
  • Modul 04: İnventarlaşdırma
  • Modul 05: Sistemlərin hakinqi
  • Modul 06: Troyanlar və bekdorlar
  • Modul 07: Viruslar və soxulcanlar
  • Modul 08: Snifferlər
  • Modul 09: Sosial mühəndislik
  • Modul 10: Xidmətdən imtina hücumları
  • Modul 11: Sessiyanın ələ keçirilməsi
  • Modul 12: Veb-serverlərin hakinqi
  • Modul 13: Tətbiqi veb proqramların hakinqi
  • Modul 14: SQL inyeksiyası
  • Modul 15: Simsiz şəbəkələrin hakinqi
  • Modul 16: Mobil platformaların hakinqi
  • Modul 17: IDS, şəbəkə ekranları və arı pətəklərindən yan keçilməsi
  • Modul 18: Buferin daşması
  • Modul 19: Kriptoqrafiya
  • Modul 20: Nüfuzetmə testləri

Mənbələr
Certified Ethical Hacker Program Details (EC-Council)
CEH Brochure
Walker Matt; CEH Certified Ethical Hacker All-In-One Exam Guide, The McGraw-Hill Companies, 2011.


 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.