Ayın kriptoloji məsələləri

Kriptologiya üzrə aylıq müsabiqə
04 oktyabr 2014-cü il     

Kriptoqrafiya və kriptoanaliz sahəsində bilikləri yaymaq məqsədi ilə AzScienceCERT komandası hər ay “Kriptologiya üzrə müsabiqə” keçirməyi qərara almışdır. Müsabiqənin 2014-cü ilin oktyabr ayı üçün məsələlərini komandanın veb-saytından yükləmək olar.

Kriptologiya üzrə aylıq müsabiqədə mükafat qazanmaq üçün 2014-cü ilin may ayı üçün təklif edilən məsələlərin doğru həllərini ad, soyad, ünvan və əlaqə telefonu məlumatları ilə birlikdə 01 noyabr 2014-cü il, saat 1700-a qədər infosec@iit.ab.az e-poçt ünvanına göndərmək lazımdır.

Doğru cavab verənlər arasından mükafat alacaq üç nəfər püşkatma nəticəsində müəyyən ediləcəkdir.
Mükafat qazananlar və məsələlərin həlləri hər sonrakı ayın əvvəlində açıqlanacaq.

AzScienceCERT komanda

 

 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.