Kompyuter cinayətləri

Tarixi qeydlər. «Kompyuter cinayətkarlığı» termini 1960-cı illərin əvvəllərində kompyuterlərin istifadəsi ilə törədilmiş ilk cinayət hadisələri aşkarlandıqda amerikan, sonra isə digər xarici ölkə mətbuatında meydana çıxmışdı. 1979-cu ildə Dallasda ABŞ Vəkillər Assosiasiyasının konfransında kompyuter cinayətlərinin siyahısı müəyyən edilmişdi. 1989-cu ildə Avropa Şurası Nazirlər Komitəsi iştrakçı ölkələrə kompyuter cinayətləri üzrə vahid qanunvericilik strateqiyasının yaradılması üçün tövsiyə edilən "Cinayətlərin minimal siyahısı"nı təsdiq etdi. Siyahıya aşağıdakı cinayətlər daxil idi:

− kompyuter məlumatlarının saxtalaşdırılması;

− kompyuter proqramlarının və verilənlərinin zədələnməsi;

− kompyuter sabotajı;

− sistemə icazəsiz müdaxilə (giriş, verilənlərin ələ keçirilməsi, mühafizəli proqramların istifadəsi, sxemlərin surətlərinin çıxarılması).

FTB tərəfindən "kompyuter cinayətkarlarının matrisi" işlənib hazırlanmışdı, burada təşkilat, iş, davranış, resurs xarakteristikaları göstərilməklə qanun pozuntularının kateqoriyaları üzrə cinayətkarların ümumiləşdirilmiş tipləri təsvir olunurdu. 1991-ci ildə İnterpolun 19-cu Avropa regional konfransının qərarı ilə Baş Katiblik yanında 16 Avropa ölkəsi mütəxəsislərinin iştirakı ilə kompyuter cinayətləri üzrə işçi qrup yaradılmışdı. 1997-ci ildə Rusiyada kompyuter cinayətləri ilə mübarizə aparmaq üçün DIN yanında "P" İdarəsi yaradılmışdı.

Kompyuter cinayətlərinin kodifikatoru

Kompyuter informasiyası sahəsində cinayətlərin mövcud təsnifatlardan ən geniş yayılanı 1991-ci ildə İnterpolun Baş Katibliyinin işçi qrupu tərəfindən işlənmiş Kompyuter cinayətlərinin Kodifikatorudur. Kompyuter cinayətlərinin Kodifikatorunda kompyuter cinayətlərinin altı qrupu var, hər bir qrup ayrıca növlərə bölünüb. Kodifikatorda “cinayətlərin digər növlərini” işarə edən və kompyuter texnologiyalarının mümkün inkişafını nəzərə almaq üçün Z varıantı müəyyən edilib.
QA – Sanksiyasız giriş və ələkeçirmə  
QD – Kompyuter verilənlərinin dəyişdirilməsi  
QF – Kompyuter dələduzluğu
QR – Qeyri-qanuni surətçıxarma
QS – Kompyuter sabotajı  
QZ – Digər kompyuter cinayətləri

Kibercinaytkarlıq üzrә Konvensiya

2001-ci ilin noyabr ayında Avropa və Amerikanın 30-dan çox ölkəsi Avropa Şurasının kiberfəzada cinayətkarlıq üzrə ekspert komitəsinin dörd il ərzində işləyib hazırladığı "Kibercinayətkarlıq üzrə Konvensiya"nı imzaladılar. Bu konvensiya fırıldaqçılıq, qeyri-qanuni köçürmə, kompyuter proqramlarının sındırılması, uşaq pornoqrafiyası və digər bu kimi cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyətə çağıran ilk beynəlxalq muqavilədir. Ayrıca protokolda İnternetdə irqçilik və antisemitizm xarakterli materialların yayılması qadağan edilmişdir.

Adı çəkilən konvensiyada onu imzalayan dövlətlər tərəfindən cinayət məsuliyyətinin təyin edilməli olduğu cinayətlərin növləri və formaları bilavasitə müəyyən olunmuşdur. Konvensiyada bir çox əlavə qeydlərdə iştirakşı dövlətlər üçün müvafiq cinayətlərin dörd növü müəyyən edilmişdir:

1. Kompyuter məlumatlarının və sistemlərinin məxfiliyinin, tamlığının və əldə olunması imkanlarının pozulmasına yönəlmiş cinayətlər. Konvensiyanın 2-5-ci maddələrində bu cinayətlərə aşağıdakılar aid edilir:

− informasiya mühitinə qeyri-qanuni daxilolma;

− informasiya axınının qeyri-qanuni tutulması, yəni ələ keçirilməsi ;

− yaddaş qurğularında saxlanan məlumatlara müdaxilə;

− kompyuter sistemlərinin və ya şəbəkələrinin işinə müdaxilə.

Konvensiyanın 6-cı maddəsində qurğulardan sui-istifadə edilməsi hərəkətlərinə baxılır.

2. Kompyuterlə bağlı cinayətlər. Konvensiyanın 7 və 8 saylı maddələri, uyğun olaraq, kompyuterlərlə bağlı saxtakarlığa və fırıldaqçılığa görə təyin edilmiş cinayət məsuliyyətini nəzərdə tutur.

3. Məzmunla (veb saytların kontenti – məzmunu ilə)  bağlı cinayətlər. Bura uşaq pornoqrafiyası ilə bağlı cinayətlər aid edilir.

4. Müəlliflik hüququnun pozulması və onunla bağlı hüquqlara aid cinayətlər. Konvensiyanın 10-cu maddəsi bir sıra müvafiq beynəlxalq aktlarda nəzərdə tutulmuş hüquqların pozulmasına görə tərəflərin cinayət məsuliyyətini müəyyən edir.

Konvensiya, həmçinin, kompyuter cinayətlərinin aşkar olunması və sənədləşdirilməsi haqqında bir sıra prosedur məsələlərinin həllinin zəruriliyini nəzərdə tutur.

Konvensiyanın ikinci hissəsinin ikinci fəsli konvensiyanı imzalayan tərəflərin həyata keçirməli olduqları prosessual tədbirlərə həsr olunmuşdur.

Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsində kompyuter cinayətkarlığı ilə əlaqəli aşağıdakı maddələri göstərmək olar:

Maddə 165. Müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozma

Maddə 189. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

Maddə 202. Kommunikasiya və bank sirri olan məlumarları qanunsuz yolla əldə etmə və ya yayma

Maddə 271. Kompyuter informasiyasına qanunsuz olaraq daxil olmaq

Maddə 272. EHM-lər üçün ziyanverici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma

Maddə 273. EHM-lərin, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma

 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.