Təhlükəsizlik xəbərləri

Adobe fəal eksploytlara qarşı ColdFusion yenilənməsini hazırlayır
07 yanvar 2013-cü il            Mənbə: www.scmagazine.com

Adobe şirkəti gələn həftə üç boşluğu örtmək üçün ColdFusion server proqramına yamaq vurmağı planlaşdırır.
Şirkət son təhlükəsizlik bülletenində bildirir ki, hakerlər hədəfə alınan serveri ələ keçirməyə, məlumata giriş əldə etməyə və ya onun oğurlanmasına imkan verən boşluqları fəal istismar edirlər. Lakin boşluqlardan ikisi yalnız parol müdafiəsi olmayan istifadəçilərə təsir edir.
Yanvar ayının 15-də buraxılacaq yenilənmə Windows, Macintosh və Unix sistemlərində işləyən ColdFusion 10, 9.0.2, 9.0.1 və 9.0 versiyalarını yeniləyəcək.
Bu arada, Adobe çərşənbə axşamı Reader və Acrobat proqram təminatları (11.0 və əvvəlki versiyalar) üçün planda nəzərdə tutulan yenilənmələrini buraxmışdır, bu Microsoft şirkətinin planlaşdırılmış yamaqları ilə üst-üstə düşür.
Adobe neçə boşluğu yamayacağını bildirmir, amma şirkətin nümayəndəsi boşluqların praktikada istismarı haqqında şirkətdə hər hansı məlumatın olmadığını söyləyir.

Microsoft Yeni ilə 7 yamaqla başlayır
03 yanvar 2013-cü il            Mənbə: www.scmagazine.com

AMicrosoft Yeni ili Windows, Office, Developer Tools, .NET Framework və server proqram təminatlarında olan 12 boşluğu örtəcək 7 yamaqla başlayır; iki yamaq “kritik” hesab edilir.
İnternet Explorer-də olan və məhdud sayda hədəf veb-saytda bədniyyətli proqramların yayılması üçün istifadə edilən “0-cı gün” boşluğunun da həllini tapacağı aydın deyil. Tədqiqatçılara görə, ən kritik iki yamaqdan biri bunu həll edə bilər.
Yamaqlardan biri Windows Server 2008-də işləyən kompüterlər üçün quraşdırma seçimi olan Server Core ilə bağlıdır.
Boşluqların idarə edilməsi ilə məşğul olan Rapid7 şirkətində baş təhlükəsizlik mühəndisliyi meneceri Ross Barrett hazırlanan rəydə bildirir ki, “mən bu yamaq cəhdinə daha üstün prioritet verərdim, çünki, bu potensial olaraq soxulcanlı baqdır və Server Core-ə təsir etdiyindən, geniş yayılmış bir çox xidmətə tətbiq edilə bilər.”
Bu yamaq çərşənbə axşamı Şərq Standart Vaxtı ilə təxminən saat 1-də buraxılmışdır.

Adobe Shockwave boşluğu məsafədən hücuma həssasdır
20 dekabr 2012-ci il            Mənbə: www.crn.com.au

CERT/CC -in buraxdığı təhlükəsizlik bülletenində Adobe Shockwave Player-də üç boşluq göstərilir, bədniyyətlilər onların köməyi ilə məsafədən kod icra edə bilərlər.
Bu proqram təminatı istifadəçidən soruşmadan "Xtra" adlanan proqram təminatı kompotentini yükləyir, bu komponentin Adobe və ya Macromedia-dan etibarlı sertifikatları var. Lakin bu funksionallıq, xüsusilə köhnə Xtra hədəfə götürüldükdə eksployt imkanı da yaradır.
Əgər istifadəçi veb səhifə, e-poçt və ya qoşma vasitəsilə ziyankar Shockwave kontentini tıklamaya aldadılırsa, bədniyyətli məsafədən kodu icra edə və kompüterin idarəsini ələ keçirə bilər.
Digər iki boşluq Flash-in yerinə yetirilməsinə oxşar qaydada təsir edir.
Macromedia və Adobe əsasında aktiv veb kontenti dəstəkləmək üçün istifadə olunan Shockwave Player proqramı Internet Explorer üçün ActiveX mexanizmi və digər brazuerlər üçün plaq-in kimi əlyetəndir.
CERT/CC hazırda yenilənmənin olmadığını bildirir və istifadəçilərə Adobe Director fayllarına girişi məhdudlaşdırmağı məsləhət görür. Bülleten Internet Explorer brauzerində Shockwave Player ActiveX mexanizmini də bağlamağı tövsiyə edir. Bundan əlavə, istifadəçilərə Mozilla Firefox brauzerində Shockwave Player istifadə edə bilən ağ siyahı veb-saytlarına NoScript genişlənməsini tətbiq etməyi məsləhət görür.
Digər məsləhətlər EMET (Microsoft Enhanced Mitigation Experience Toolkit) alətinin və ya Shockwave  instalyasiya edilərkən "Slim" əvəzinə "Full" versiyasının istifadəsidir. CERT/CC Windows 7-də  EMET 3.0-ü quraşdırmaq üçün öyrədici video da yaradıb.
Bülletendə bildirilir ki,  bədniyyətlinin Shockwave olan sistemdə köhnə, boşluq olan Xtra-nı quraşdırması üçün, həmin vaxt sistemdə Xtra olmamalıdır.  Əgər Shockwave quraşdırılmalıdırsa,  "Full" instalyasıya istifadə edildikdə, sistemdə bir neçə Xtra-nın mövcud olmasına səbəb olur, bu bədniyyətlinin boşluqdan yararlanma imkanlarını məhdudlaşdırır.

Microsoft təhlükəsizlik bülletenlərinin 2012, dekabr xülasəsi
12 dekabr 2012-ci il            Mənbə: technet.microsoft.com

Bu xülasədə 2012-ci ilin dekabr ayı üçün buraxılmış təhlükəsizlik bülletenlərinin siyahısı verilir.
Xülasə 6 dekabr 2012-ci ildə buraxılmış “Erkən bülleten bildirişi”ni əvəz edir. Erkən bülleten bildirişi xidməti haqqında daha ətraflı məlumatı Microsoft Security Bulletin Advance Notification ünvanından almaq olar.  
Microsoft-un təhlükəsizlik bülletenlərini yayması haqqında avtomatik bildirişləri necə almağı öyrənmək üçün Microsoft Technical Security Notifications (Microsoft texniki təhlükəsizlik bildirişləri) saytına baş çəkə bilərsiniz.
Microsoft 12 dekabr 2012-ci il, saat 11:00-da (Sakit Okean vaxt qurşağı, ABŞ və Kanada) müştərilərin bu bülletenlə bağlı suallarını ünvanlamaq üçün vebkast keçirir. Həmin tarixə kimi Dekabr təhlükəsizlik bülleteni vebkastı üçün qeydiyyatdan keçmək olar. Bu tarixdən sonra həmin vebkast tələb əsasında əlyetər olacaq.
Microsoft istifadəçilərə aylıq təhlükəsizlik yenilənmələri ilə eyni gündə buraxılan istənilən qeyri-təhlükəsizlik yenilənmələri haqqında məlumat da verir ki, onlar aylıq təhlükəsizlik yenilənmələrinin prioritetlərini müəyyən edə bilsinlər.

Microsoft və Adobe bir yığın boşluğu qapadır
11 dekabr 2012-ci il            Mənbə: www.scmagazine.com

Microsoft 2012-ci ili 12 boşluğa ünvanlanmış 7 yamağı qapadan təhlükəsizlik yenilənməsi ilə yekunlaşdırır.
Tədqiqatçılar Internet Explorer (IE)-in son versiyasında 3 “kritik” boşluğu qapadan MS12-077 bülletenini və Microsoft Word-də bir kritik problemi həll edən MS12-079 bülletenini yüksək prioritetli yenilənmə kimi dəyərləndirirlər.
Bu IE boşluqları “azad istifadəçi” kimi bilinən boşluqlar sinfini əhatə edir.
Təhlükəsizlik şirkəti Kaspersky Lab-dan baş təhlükəsizlik eksperti Kurt Baumgartner hazırladığı rəydə qeyd edir ki, “bu Google üzərinə 2010-ci ildə edilmiş Aurora kibercasusluq hücumlarında istifadə edilmiş boşluğun bir növüdür, Adobe və beynəlxalq şirkətlərin uzun bir siyahısı öz insidentlərini açığa çıxarmadan gizlətməkdə davam edirlər.”
IE boşluqları adi veb istifadəçilərini də yoluxdurmaq üçün istifadə edilə bilər, onlar bədniyyətli veb səhifələrə baş çəkdikdə yoluxurlar, belə səhifələr isə çox vaxt BlackHole aləti ilə yoluxdurulur və ziyankar proqram təminatı kimi xidmət edir.
Baumgartner narahatlığını bildirir ki, “Word-də olan boşluq məqsədli fişing hücumlarında istifadə oluna bilər, bu zaman ziyankar proqram qanuni sənəd kimi pərdələnir.”
Microsoft Trustworthy Computing-in qrup meneceri Dustin Childs öz bloqunda yazır ki, “hücum edən bu ziyankar proqramı sistemə daxil olmuş istifadəçi adından o zaman işə sala bilər ki, xüsusi yaradılmış RTF (Rich Text Format) faylı Outlook-da Microsoft Word istifadə edilərək açılsın və ya baxılsın.”
Microsoft-un yamaqlanan boşluqlardan faydalanan istənilən real istismar haqqında hələlik məlumatı yoxdur.
Adobe şirkətinin yeni təhlükəsizlik yenilənməsi Flash-in Windows, Macintosh, Linux və Android sistemləri üçün yeni versiyasının buraxılması ilə eyni vaxta düşmüşdür, bu yenilənmə hücum edilən sistemi nəzarətə götürməyə imkan yaradan 3 “kritik” boşluğa ünvanlanır. Adobe şirkəti bir “mühüm” boşluğu düzəltmək üçün ColdFusion tətbiqi proqram serverinin yenilənmiş versiyasını da buraxıb.

Anonymous-un üzvü Paypal sisteminə DDoS hücumlarda təqsirli bilinir
07 dekabr 2012-ci il            Mənbə: www.itnews.com.au

22 yaşlı universitet tələbəsi Anonymous Operation Payback adından başladılan geniş miqyaslı xidmətdən imtina hücumlarındakı (DDoS) roluna görə Londonda təqsirli bilinmişdir.
Guardian xəbər verir ki, Christopher Weatherhead andlılar məhkəməsi tərəfindən kompüterlərin əməliyyatına xətər yetirmək məqsədi ilə cinayətdə ittiham edilir.
O, hücumlarda iştirak etməsini inkar edərək bildirmişdir ki, o, Anonymous-un kommunikasiyalar üzrə meneceri və onlayn çat-otaqların yaradıcısı olmuşdur, DDoS hücumları bu otaqlarda planlaşdırılmışdır.
Operation Payback-ın hədəfi olan Paypal 10 günlük hücum zamanı 3.5 million avro (5.4 milyon dollar) itirmişdir.
Bu hücumların motivi Wikileaks-ə dəstək və kino-studiyaların anti-piratçılıq məqsədli məhkəmə proseslərinə etiraz olmuşdur.
Daha öncəki məhkəmə dinləmələrində özlərini günahkar saymış Anonymous-un üç digər üzvü hücumlarda Weatherhead ilə birgə iştirak etdiklərini bildirilmişlər.
Weatherhead yanvarda hökm oxunana qədər girovla azadlığa buraxılmışdır, ona gecə yarıdan səhər saat 4-ə kimi valideynlərinin evindən çölə çıxma qadağası qoyulmuş və elektron izləmə qolbağı taxılmışdır.
Ona çatdan istifadə etmək və ya təxəllüs altında onlayn material göndərmək də qadağan edilmişdir.

Microsoft 19 boşluğu qapayır
08 noyabr 2012-ci il            Mənbə: www.scmagazine.com

Microsoft şirkəti Windows, Internet Explorer, Office və .NET Framework-də 19 boşluğu qapayan 6 yamaq buraxır.
6 yamaqdan 4-ü proqram təminatı nəhənginin aylıq təhlükəsizlik yenilənməsinin bir hissəsi kimi yerləşdiriləcək və elan edildiyinə görə “kritik” qiymətləndirilirlər.
Tədqiqatçılar bildirirlər ki, yamaqların hamısında əsas diqqəti cəlb edən cəhət Internet Explorer-dəki problemlərdir. Belə təbiətli baqları istismar etmək olduqca asandır: “drive-by” və “targeted-style” tipli hücumlar üçün yalnız sadəlöhv istifadəçiləri zərərli veb-səhifələrə yönəltmək lazımdır.
Boşluqların idarə edilməsi ilə məşğul olan Rapid7 şirkətinin təhlükəsizlik üzrə tədqiqatçısı Marcus Carey bildirir ki, bu kritik bülletenlər şirkətin əsas kodlar bazasına aid olduğuna görə, Microsoft-un ən son versiyaları olan Windows 8 and Windows Server 2012-də də mövcuddurlar. “Bu çoxlarına təəccüblü gələ bilər, onlar Windows 8 və Windows Server 2012-nin əvvəlki versiyalarla müqayisədə daha təhlükəsiz olacağını güman edirlər. Reallıq budur ki, Microsoft və digər istehsalçıların kod bazarına əhəmiyyətli texniki borcları var, onlar təhlükəsizlik məsələləri ilə bağlıdır.”
Qalan yamaqlardan biri “mühüm” olaraq qiymətləndirilir və Office-də olan səhvlərə ünvanlanır. Carey bildirdiyinə görə yaxşı xəbər odur ki, istifadəçilərin yoluxması üçün bədxassəli Office faylında “click” edilməlidir, faylın açılması tələb edilmir.
Sonuncu yamaq isə “orta” olaraq qiymətləndirilir.

Apple təhlükəsizlik qorxusundan Java-dan əl çəkir
22 oktyabr 2012-ci il            Mənbə: www.crn.com.au

Apple istifadəçiləri Mac əməliyyat sisteminin son yenilənmələrini yazdıqda Oracle-ın Java proqram təminatının köhnə versiyaları sistemdən silinəcək.
Əvvəllər Mac OS X quraşdırıldıqda Java da yazılırdı, Apple dəyişikliyi haqqında öz saytında da bildirir. Qeyd edilir ki, əgər istifadəçilər genis istifadə olunan proqramlaşdırma dilində yazılmış veb kontentə giriş əldə etmək istəyirlərsə, Java-nı birbaşa Oracle-dan əldə etməlidirlər.
Apple bu dəyişikliyin səbəbini göstərmir, hər iki şirkət şərh verməkdən də imtina edir.
Java proqramçılara istənilən maşında virtual yerinə yetirilə bilən proqram yazmağa imkan verən proqramlaşdırma dilidir. İnternetdə geniş istifadə edilir, onun sayəsində veb səhifələr Mac və ya Microsoft Windows ilə işləyən bir cox brauzerdən əlyetən olur.
İki il əvvəl iki şirkət razılığa gəldiklərini elan etmişdilər ki, Apple Mac istifadəçilərini Java proqram təminatı ilə təhciz etməyi dayandıracaq, Oracle isə bu məsuliyyəti öz üzərinə götürəcək. Lakin onlar bu dəyişiklik üçün tarix göstərməmişdilər.
Apple bu dəyişikliyi Java təhlükəsizlik problemləri səbəbindən edir, bəzi təhlükəsizlik ekspertləri istifadəçilərə yalnız zəruri olduqda Java-dan istifadə etməyi məsləhət görürlər.
Avropa təhlükəsizlik ekspertləri hakerlərin hücum başlatmaq üçün istifadə etdikləri Java boşluqlarını avqustun sonlarında aşkar etmişdilər. Oracle-ın bu boşluqları düzəltmək üçün Java yenilənməsi buraxması bir neçə gün çəkmişdi.
Polşanın Security Explorations təhlükəsizlik şirkətinin tədqiqatçısı Adam Gowdiak həftənin cümə günü bildirmişdir ki, bu yenilənmədən sonra o, Java-da daha iki yeni təhlükəsizlik boşluğu aşkarlayıb, bunlar kompyuterləri hücuma məruz qoya bilər.
Gowdiak qeyd edir ki, Mac brazuerlərindən Java-nın silinməsi hücum risklərini azaldır. 

Windows 7 üçün son Internet Explorer 10 hələ də buraxılmayıb
18 oktyabr 2012-ci il            Mənbə: www.itnews.com.au

Microsoft Windows 7 üçün çoxdan gözlənilən Internet Explorer 10 veb-brauzerini gələn ayın ortalarında yeni Windows 8 əməliyyat sistemi ilə bir vaxtda buraxacağını elan edib.
Lakin Microsoftun Internet Explorer üzrə proqram qrupunun meneceri Rob Mauceri bildirir ki, gələn ay buraxılacaq Windows 7 IE10 versiyası yalnız ilkin variantdır, son variant mütəxəssislərin və istifadəçilərin rəyləri toplandıqdan sonra çıxacaq.
Windows 8-in son versiyası ilə çıxmasına baxmayaraq, Windows 7 üçün növbəti Internet Explorer brauzerinin yaradılması Microsoft üçün yavaş bir proses olmuşdur.
Hazırda Windows 7 üçün IE10 variantı bir il bundan əvvəl buraxılmışdır, o vaxtdan bəri yenilənmələr olmamışdır.
Microsoft mühüm veb-brauzer bazarında rəqibləri olan Google və Mozillaya uduzur və IE10 ilə təkmilləşmiş performans və əlavə standartları dəstəkləyəcəyini vəd etmişdi.
IE10-un təkmilləşmiş HTML5, Cascading Style Sheets 3 dəstəyindən və Javascript performansından istifadə etməklə tətbiqi proqramlar və saytlar yaratmaq istəyən proqramçıları Windows 7 versiyasının olmaması ləngidir. Onlar IE10 bloqunda gecikməyə görə Microsoft-u tənqid atəşinə tuturlar.
Proqramçılar üçün IE10 rəhbərliyində Microsoft bildirir ki, Windows 7 üçün IE10-un ən son buraxılışı 29 iyun 2011-ci ildə olmuşdur, bu o deməkdir ki, bir neçə yenilik yalnız gələn ay çıxacaq Windows 8-də istifadə oluna bilər.
Internet Explorer 10 yalnız Windows 7 və ondan sonra gələn əməliyyat sistemlərində işləyəcək, Vista və XP kimi köhnə əməliyyat sistemlərini dəstəkləməyəcək.
Netmarketshare şirkətinin keçən ay istifadə payının statistikasına görə Windows 7 sistemi 44 faizlik bazar payı ilə dünyada ən populyar desktop və leptop əməliyyat sistemi olan Windows XP-ni qabaqlayır.
Windows əməliyyat sistemləri istifadə statistikasına görə desktop və leptop sahəsində 91.7 faiz bazar payı ilə öndə gedir.
Buna baxmayaraq, Internet Explorer brauzer bazarının yalnız yarısına sahibdir, Netmarketshare bildirir ki, digər bazar ortaqları hər biri beşdə bir payla Google Chrome və Mozilla Firefox-dur.


İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
26 sentyabr 2012-ci il            Mənbə: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən qurumdur.

3.Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:
3.1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görsün, dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirsin və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına müvafiq texniki və metodiki kömək göstərsin, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin;
3.3. kriptoloji fəaliyyətin təkmilləşdirilməsini, elmi-texniki innovasiyaların tətbiqini təmin etsin, tədris və kadrların hazırlanması işini gücləndirsin.

4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etsin, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasını həyata keçirsin, onlara texniki və metodiki kömək göstərsin, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər görsün və Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

5. Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsinin layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. bu Fərmanda göstərilən tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

[250-241] [240-231] [230-221] [220-211] [210-201] [200-191] [190-181] [180-171] [170-161] [160-151] [150-141] [140-131] [130-121] [120-111] [110-101] [100-91] [90-81] [80-71] [70-61] [60-51] [50-41][40-31] [30-21] [20-11]
[10-1]


 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.